• HADİSƏ

    08:50 2 may 2019

Mingəçevirdə yol qəzasında yaralanan şəxslərin adları məlum olub

Mingəçevirdə yol qəzasında yaralanan şəxslərin adları məlum olub.

ONA-nın yerli bürosunun xəbərinə görə, "VAZ 2107" markalı maşının Təbriz küçəsində beton maneərə və ağaca çırpılması nəticəsində xəsarət alararaq xəstəxanaya yerləşdirilən şəxslər aşağıdakılardır:

- 1995-ci il təvəllüdlü Pərviz Çingiz oğlu Mahmudov;
- 1996-cı il təvəllüdlü Nicat Fəxrəddin oğlu Abışov;
- 1993-cü il təvəllüdlü Elşən İlham oğlu Hüseynov.


Hər üç yaralı şəhər sakinidir və xəstəxanada müalicələri davam edir.

02:36

Mingəçevir şəhərində “VAZ 2107” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı beton maneələrə və ağaca çırpılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Təbriz küçəsində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində sürücü də daxil olmaqla, 3 nəfər gənc ağır bədən xəsarəti alıb. Hər üç yaralı təcili xəstəxanaya çatdırılıb. Yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR