• HADİSƏ

    19:33 7 may 2019

Mingəçevirdə təmir aparılan yolda iki maşın toqquşub

Mingəçevirdə yol qəzası baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qələbə meydanında qeydə alınıb.

Meydanda yerləşən yol dairəsində aparılan təmir işləri yol-nəqliyyat hadisəsinə səbəb olub. “VAZ-2109” markalı avtomobil əks istiqamətdən gələn “Hyundai” markalı maşınla toqquşub. Hadisə “Hyundai” markalı avtomobilin sürücüsünün yol dairəsində təmirlə əlaqədar hərəkət istiqamətini səhv salması nəticəsində baş verib.

Qəza nəticəsində hər iki avtomobil, xüsusilə də “VAZ” ciddi zərər görüb. Sonuncunun sürücüsü toqquşmada yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR