• HADİSƏ

    14:12 1 iyun 2019

Mingəçevirdə təmir-tikinti işləri aparan usta hündürlükdən yıxılıb

Mingəçevirdə təmir-tikinti işləri ilə məşğul olan usta hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Nəriman Nərimanov küçəsində tikilidə aparılan təmir-tikinti işləri zamanı baş verib. Hündürlükdə müvazinətini itirən 1961-ci il təvəllüdlü usta Cəfərov Ələddin Əvəz oğlu zərblə yerə çırpılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun hər iki ayağının və sol qolunun sındığı, eləcə də digər bədən xəsarətləri aldığı müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR