• HADİSƏ

    10:29 19 mart 2019

Mingəçevirdə üç avtomobil toqquşub

Mingəçevirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, Heydər Əliyev meydanında “VAZ 21 010”, “VAZ 21O7” markalı minik maşınları və “Isuzu” markalı yük avtomobili toqquşub. Hadisə nəqliyyatın sıx olduğu yerdə baş verdiyi üçün şəhərin əsas prospektində tıxac yaranıb.

Hər üç avtomobilə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR