Mingəçevir şəhərində usta laqonda ilə özünə xəsarət yetirib
APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Naxşıvan küçəsi 29 ünvanında baş verib.
Belə ki, həmin ünvanda məhəllədə təmir işləri ilə məşğul olan 1975-ci il təvəllüdlü usta İsayev Elşən Qərib oğlu ehtiyatsızlıq nəticəsində laqonda ilə əl nayihəsini doğrayıb. Onun sol əli və barmqalarından ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralı dərhal əməliyyat olunub.