• HADİSƏ

    11:53 30 mart 2019

Mingəçevirdə usta hovuza düşərək ölüb

Mingəçevir sakini bədbəxt hadisə nəticəsində ölüb.

ONA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin “Energetiklər” yaşayış massivinə bitişik bağ təsərrüfatında baş verib.

Həmin ünvandakı fərdi təsərrüfatda usta işləyən, 1953-cü il təvəllüdlü Lahıcov Fazil İslam oğlu yıxılaraq başından ağır xəsarət alıb və huşsuz vəziyyətdə dərinliyi 1 metr olan hovuza düşüb. Hovuzda köməksiz vəziyyətdə qalan usta ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR