• HADİSƏ

    21:00 21 may 2019

Mingəçevirdə usta hündürlükdən yıxılaraq ağır xəsarət alıb 

Mingəçevir şəhərində bədbəxt hadisə qeydə alınıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Energertik” yaşayış massivində, Çörək zavodunun yanındakı tikilidə baş verib.

Belə ki, hündürlükdə təmir işləri yerinə yetirən usta -1957-ci il təvəllüdlü, şəhər sakini Şıxəliyev Ədalət Mustafa oğlu ehtiyatsızlıqdan oradan yıxılaraq çoxsaylı bədən xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun çanaq, ayaq, çənə və qabırğa nayihələrində müxtəlif ağır sınıqların olduğu müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR