Mingəçevirdə yaşlı kişi tut ağacından yıxılıb
  • HADİSƏ

  • 08:57 18 May 2019

Mingəçevirdə yaşlı kişi tut ağacından yıxılıb

Mingəçevirdə tut ağacından yıxılan yaşlı kişi ağır xəsarət alıb

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Bağlar” yaşayış massivindəki 14 saylı küçədə yerləşən fərdi təsərrüfatda baş verib. 

Tut yığmaq üçün ağacın başına qalxan 1950-ci il təvəllüdlü şəhər sakini Əbdürrəhmanov Nüsrət Xalid oğlu müvazinətini itirərək ordan sərt formada yerə çırpılıb. Nəticədə çoxsaylı bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun durumunun ciddi olduğu deyilir.
 

Ehtiram Muradov

Teqlər: yaşlı kişi tut ağacı Mingəçevir

OXŞAR XƏBƏRLƏR