Mingəçevirdə yaşlı kişini əqrəb sancması faktı aşkarlanıb.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında Kür çayı sahilindəki fərdi təsərrüfatlardan birində baş verib.
Həyət evində yorğan-döşəkdə gizlənən əqrəb gecə saatlarında 1949-cu il təvəllüdlü, ev sahibi Kostan Bəhram oğlu Qasımovun sol əl nayihəsindən sancıb. Zərərçəkən əqrəbi öldürməyi bacarıb.
Doğmaları tərəfindən xəstəxanaya çatdırılan K. Qasımova tibbi yardım göstərilib.