• HADİSƏ

    21:50 14 aprel 2019

Mingəçevirdə yaşlı qadını elektrik cərəyanı vurub

Mingəçevir sakini elektrik cərəyanının vurması nəticəsində xəsarət alıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Rövşən Məmmədov küçəsi 5 ünvanında baş verib.

1950-ci il təvəllüdlü Məmmədova Zeynəb Abbas qızını ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq ağır xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Əldə edilən məlumata əsasən, hadisə Z.Məmmədovanın fərdi təsərrüfatındakı metal konstruksiyaya toxunduğu zaman baş verib. Doğmalarının bildirdiyinə görə, evin elektrik təsərrüfatı yeni qurulub. Çox güman ki, quraşdırma zamanı texniki incəliklər nəzərdən qaçıb, bu da gözlənilmədən dəmir konstruksiyaya elektrik enerjisinin yayılmasına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR