• HADİSƏ

    00:00 4 iyun 2019

Mingəçevirdə yeni doğulmuş körpə ölüb

Mingəçevirdə uşaq ölümü qeydə alınıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.

Belə ki, Yevlax rayonunun Xaldan qəsəbəsindən minik maşını ilə Mingəçevir xəstəxanasına gətirilən və ana olmağa hazırlaşan 1997-ci il təvəllüdlü Qarayeva Aytac Asif qızı birbaşa avtomobilin salonunda dünyaya qız usağı gətirib. Ancaq həkimlərin bütün cəhdlərinə rəğmən yeni doğulmuş körpəni xilas etmək mümkün olmayıb. Onun ölü vəziyyətdə doğulduğu və ya doğuşdan dərhal sonra öldüyü deyilir.

Qeyd edək ki, bu, gənc ananın ilk hamiləliyi olub.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR