• HADİSƏ

    02:46 16 aprel 2019

Mingəçevirdə yol qəzası baş verib, 2 nəfər yaralanıb

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib.

"Sağ sahil" yaşayış massivində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında “Toyota” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində biri yüngül olmaqla iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Durumu daha ciddi olan Ruslan Əsgər oğlu Abdullayev xəstəxanaya yerləşdirilib. Xəsarət alan digər şəxsə isə yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR