Təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanıb.
ONA-nın məlumatına görə, Hərbi Prokurorluğun bununla bağlı yaydığı məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb.
Hazırda Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisinin rəhbərlik etdiyi qrup tərəfindən hadisənin baş verməsinin səbəb və şəraitinin, işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası intensiv davam etdirilir.
Bildirilir ki, hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.
Qeyd olunub ki, Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.
***
11:58
Təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanlb.
ONA-nın xəbərinə görə, bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd olunub ki, Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar, Hərbi Prokurorluqda cinayət işi başlanaraq prokurorluğun təcrübəli, peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb.
Hazırda ibtidai araşdırma intensiv davam etdirilir: “Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək. Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib”.