• HADİSƏ

    23:26 26 fevral 2019

Moskva aeroportunda zolaqdan çıxan Azərbaycan təyyarəsinin görüntüsü yayılıb

Rusiya aeroportunda zolaqdan kənara çıxan Azərbaycan təyyarəsinin görüntüsü yayılıb.

ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Bakıdan Moskvaya özəl reys həyata keçirən "Qolfstrim" təyyarəsinin görüntüləri əks olunan kadrlarda təyyarənin qarın içində batdığı müşahidə olunur. Bundan başqa, görüntüdə aeroport xidməti işçilərinin biznes jeti yerindən tərpətməyə çalışdığı görünür.

Qeyd edək ki, bu gün günorta saatlarında Bakı-Moskva reysi ilə özəl reys həyata keçirən təyyarə Moskvanın Şeremetyevo aeroportuna eniş edərkən zolaqdan kənara çıxıb. Baş verən insidentlə əlaqədar Şeremetyevo aeroportu uçuş enmə zolağını bağlayıb, "Aeroflot" aviakompaniyası 15 reysi təxirə salıb, Moskvadan 10, Şeremetyevo aeroportu istiqamətində həyata keçiriləcək 30-a yaxın reysin vaxtı dəyişdirilib. Omsk, Nijni-Novqorod, Kazan və Novosibirsk-dən Moskvaya olan reyslər Domodedovo hava limanına yönləndirilib.

Onu da qeyd edək ki, Moskva Regionlararası İstintaq İdarəsi tərəfindən təyyarənin zolaqdan çıxması hadisəsi ilə bağlı cinayət işi açıldığı bildirilib. Vurğulanıb ki, istintaq qrupu hadisənin səbəblərini araşdırır, təyyarənin texniki vəziyyəti, ekipajın və yer xidmətlərinin hərəkətləri yoxlanılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR