• HADİSƏ

    11:01 27 fevral 2019

Müğənni Vidadi Bərdəlinin oğlunun məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Tuncay Vəlizadə və Fərman Ocaquliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

ONA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 6-na təyin edilib.

Qeyd edək ki, Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Tuncay Vidadi oğlu Vəliyevin və Fərman Ocaquliyevin üzərindən narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, təqsirləndirilən T. Vəliyev müğənni Vidadi Bərdəlinin oğludur.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR