10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatdan sonra indiyədək mina və hərbi sursat partlayışları nəticəsində 46 nəfər həlak olub.
ONA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.
Qeyd olunub ki, mina və hərbi sursat partlayışları nəticəsində 233 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.