• HADİSƏ

    01:11 14 may 2019

Münaqişə zəminində qayınananın atdığı daş kürəkənin böyrəyini zədələyib

Mingəçevir şəhərində ailə münaqişəsi zəminində dava baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, Sənaye Parkının yaxınlığında qeydə alınan hadisə zamanı 1967-ci il təvəllüdlü şəhər sakini Azər Zahid oğlu Zülfüqarov həyat yoldaşı ilə dava edib.

Hadisədən sonra halı pisləşən ailənin xanımına tibbi yardım göstərilib. Kürəkəninə qəzəblənən qayınana Heydər Əliyev prospektində yerləşən evdən onun arxasınca küçəyə çıxaraq daşlamağa başlayıb. Qayınananın atdığı daşlardan biri A.Zülfüqarovun böyrək nahiyəsinə dəyərək onu yaralayıb.
Dərhal xəstəxanaya aparılan kürəkənə müayinə olunduqdan sonra zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR