• HADİSƏ

    07:34 2 iyun 2019

Müşfiqabad qəsəbəsində yük maşını piyadanı vuraraq öldürüb

Müşfiqabad qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONA xəbər verir ki, Bakı-Şamaxı yolunda qeydə alınmış hadisə zamanı "Ford" markalı yük maşını 50-55 yaşlarında bir qadını vurub.

Məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktı Baş DYP İdarəsinin istintaqçıları araşdırır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR