• HADİSƏ

    02:31 23 iyul 2019

Müştəri çayxana sahibini bıçaqladı


Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, Xırdalan şəhərində çay evinin sahibi 1984-cü il təvəllüdlü Abdullayev Tural Arzu oğlu müştərilərin biri ilə mübahisə edib. Nəticədə o, ayağından bıçaqlanıb.
Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR