• HADİSƏ

    17:38 16 aprel 2019

Müştərini öldürmək istəyən kababçıya hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Bəhram Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, B. Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Quba rayonunda kafelərdən birində baş verib. Kafenin kababçısı B.Cəfərovla müştərisi, Quba şəhər sakini, 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəminində kababçı müştərini bıçaqlayıb. Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR