• HADİSƏ

    12:57 4 aprel 2019

Mütəşəkkil cinayətkarlıqda təqsirləndirilən qadın həbsdə öldü - BAKIDA

Bakıda qadın məhbus ölüb.

ONA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 1981-ci il təvəllüdlü İlahə Ədalət qızı Bayramova xəstəlikdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2016-ci ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı saxta pulların hazırlanması ilə məşğul olan mütəşəkkil dəstə üzvləri - İsmayıl Quliyev, Əli Abbasov, Təbriz Quliyev, Xəyal Rəhimov və İlahə Bayramova cinayət başında yaxalanıblar.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR