Myanmada “Biman” aviaşirkətinə məxsus “Bombardier Dash 8 Q-400” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 15 nəfər xəsarət alıb.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “The Daily Star” məlumat yayıb.
Bütün yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, təyyarədə ümumilikdə 33 nəfər olub.
***
Saat 19:26
Banqladeş Hava Yollarına məxsus təyyarə Myanmada qəzaya düşüb.
ONA "RİA Novosti”yə istinadən xəbər verir ki, Myanmanın Yanqon beynəlxalq hava limanına qəza enişi edən Banqladeş Hava Yollarına məxsus təyyarə 3 hissəyə parçalanıb.
Məlumata görə, təyyarədə 33 sərnişin olub. Ölən və yaralananlar haqqında dəqiq məlumat yoxdur. Məlum qəza ilə əlaqədar hava limanı bağlanıb. İlkin ehtimala görə, qəzaya pis həva şəraitinin səbəb olduğu bildirilir.