• HADİSƏ

    11:09 8 avqust 2019

Nabranda dənizdə batan uşağın meyiti Rusiyada tapılıb

Avqustun 2-də Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində Xəzər dənizində boğulan 11 yaşlı oğlanın meyiti tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti Xəzərin Rusiya Federasiyasının Dərbənd şəhəri sahilində aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin Nabranda baş verən suda boğulma faktı ilə bağlı məlumatında bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, avqustun 1-də Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti avqustun 7-də Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb. P.İ.Həsənovun axtarışı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dayandırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR