• HADİSƏ

    09:13 28 aprel 2019

Naftalan sakini dərmandan zəhərlənib

23 yaşlı Naftalan sakini dərmandan zəhərlənib.

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə böyrək probemindən əziyyət çəkən şəhər sakininin ehtiyatsızlığından baş verib.

Belə ki, xəstəliyi ilə bağlı normadan artıq dərman preparatları qəbul edən 1996-cı il təvəllüdlü Naftalan şəhər sakini Ədilli Şəhla Vüqar qızının halı pisləşib. Ş.Ədilli dərhal xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.

Hazırda xəstəxana şəraitində Ş.Ədillinin müalicəsi davam edir.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR