Nardaran sakinindən silah götürülüb.
Daxili İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Xudaverdiyev “İJ-26” markalı ov tüfəngini könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə təhvil verilib.