• HADİSƏ

    19:23 30 mart 2019

Nardaran sakininin evindən 1 kq narkotik götürülüb

Nardaran sakininin evindən 1 kiloqram narkotik götürülüb.

Daxili İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Əlizamanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq çəkisi 1 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR