• HADİSƏ

    09:19 4 aprel 2019

Narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb

Şəki və Balakəndə narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın şimal-qərb bürosuna verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə saxlamaqda şübhəli bilinən rayonun Əlyar kənd sakini 24 yaşlı Sadiq Əhmədzadə saxlanılıb. Şəxsi axtarış keçirilən zaman onun üzərindən 320 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Balakən RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qullar kənd sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Cəbrayıl Nastakalov saxlanılıb. C. Nastakalovun üzərinə şəxsi axtarış keçirilən zaman 29,16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR