Nehrəmdə yaşayış evində partlayış olub, xəsarət alan var
  • HADİSƏ

  • 14:48 23 Aprel 2019

Nehrəmdə yaşayış evində partlayış olub, xəsarət alan var

Naxçıvanda yaşayış evində partlayış olub. 

ONA-nın məlumatına görə, hadisə aprelin 22-də Babək rayonu, Nehrəm kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Rzazadə Məmmədəli Məhəmmədəli oğlu yaşadığı evdə qaz balonu partlayıb. Nəticədə ev sahibi ağır yanıq xəsarətləri alıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR