Şahbuz şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, mayın 16-da Şahbuz şəhərinin ərazisində Şahbuzkənd kənd sakini Həsən Abbasov idarə etdiyi “Saipa” markalı avtomobili Vayxır gölünə aşırıb. Nəticədə sürücü və sərnişini olan arvadı Ruhiyyə suda boğularaq ölüblər.
Onların meyitləri sudan çıxarılıb.
Faktla bağlı Naxçıvan Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.