• HADİSƏ

    10:47 26 mart 2019

Nazir: "Yanğının qonşuluqdakı tikililərə keçməsinə imkan verilməyib, əks halda, hadisənin qarşısını almaq çox çətin olardı"

“Ticarət mərkəzinin çöl hissəsi alkoponla üzlənib, bunlar yanan maddələrdir”.

ONA-nın müxbiri hadisə yerindən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub: “Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Yanğın artıq lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR