• HADİSƏ

    10:18 5 mart 2019

Nazirlər Kabineti: Ötən il 16 qaçaqmalçı qrup zərərsizləşdirilib

Keçən il qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində 39,4 milyon manat dəyərində qaçaqmalçılıq predmeti olan əşyalar - pul, qiymətli kağızlar, zinət əşyaları, mal-qara, narkotik vasitələr, dövriyyəsi qadağan edilmiş digər predmetlər aşkar edilərək götürülüb.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, 2018-ci ildə 16 qaçaqmalçı qrup zərərsizləşdirilib.
Hesabatda bildirilir Ki, odlu silah və döyüş sursatlarının, partlayıcı maddələrin istehlakı, saxlanılması, oğurlanması və satılmasına qarşı mübarizə tədbirləri nəticəsində 2 ədəd AKS-74 avtomat silahı, 34 tüfəng, 14 tapança, 2 ədəd gecəgörmə cihazı, 1 ədəd dron, 1178 ədəd müxtəlif ölçülü patron, 1 ədəd elektrokeyləşdirici, 2 ədəd radiostansiya, 15 ədəd tank əleyhinə mina aşkarlanaraq götürülüb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR