Neftçala rayonunda ata ilə oğul arasında insident baş verib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, aprelin 13-də axşam saatlarında Yuxarı Qaramanlı kənd sakini, 1961-ci il təvəllüdlü Sakit Dilqat oğlu Kazımov, aralarında baş vermiş münaqişə zəminində 1990-cı il təvəllüdlü Zahid Kazımova başından bellə vuraraq ağır xəsarət yetirib.
Sonuncu ağır kəllə-beyin travması ilə Neftçala rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. S. Kazımov prokurorluqda ifadə verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.