• HADİSƏ

    11:03 13 may 2019

Neftçala sakinindən 10 kiloqram marixuana və qumbara götürülüb

Neftçala rayon sakinindən külli miqdarda narkotik və qumbara aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş E.Həziyevin “QAZ-3302” markalı avtomobilindən marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə E.Həziyevin Yeniqışlaq kəndi ərazisindəki şəxsi təsərrüfatında olan dəmir konstruksiyalı vaqondan isə 1 ədəd “F-1” markalı qumbara və 10 kiloqramdan artıq marixuana götürülüb.

Digər əməliyyat tədbirləri ilə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakinləri N.Qardaşova məxsus həyətyanı sahədən 146 ədəd, N.Əmirova məxsus həyətyanı sahədən isə 11 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR