• HADİSƏ

    09:51 18 avqust 2019

Neftçalada 24 yaşlı gənc toyda iştirak etdikdən sonra özünü asıb

Neftçalada 24 yaşlı gənc intihar edib.

APA-nın yerli bürosunun məlumatına görə, Neftçala rayonunun Bala Surra kənd sakini 1995-ci il təvəllüdlü Ələkbərov Sabir Əli oğlu həyətlərindəki yeni tikilən hamamda özünü asaraq intihar edib.

Meyit səhər saat 08.00 radələrində aşkar edilib.

İlkin məlumata görə, S. Ələkbərov dünən axşam toy mərasimində iştirak edib, toy mərasimindən qayıtdıqdan sonra intihar edib. S. Ələkbərov subay olub.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR