Neftçala rayonunda yabanı halda bitən çətənə kolları aşkar edilərək məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında 1-ci Mayak kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş çəkisi 2,9 ton olan 1642 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.