• HADİSƏ

    18:47 27 aprel 2019

Neftçalada avtomobil aşıb, ölən var

Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yaydığı xəbərə görə, Neftçala rayonunun Sübh kəndi ərazisində Qırmızı Şəfəq kənd sakini, 1971-ci il təvəllüdlü Ələkbərov Vüqar Əliabbas oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanıb.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR