• HADİSƏ

    08:44 27 aprel 2019

Neftçalada avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Neftçala rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə zamanı rayonun Həsənabad kənd sakini, 1992-ci il təvəllüdlü Babayev Novruz Çingiz oğlu minik avtomobilinin zərbəsinə tuş gəlib. O, hadisə yerində keçinib.

Hadisənin təfərrüatları polis tərəfindən araşdırılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR