• HADİSƏ

    10:07 30 iyun 2019

Neftçalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Neftçalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyunun 23-də gecə saatlarında Neftçala sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Qulu Rəşid oğlu yolu keçərkən onu avtomobil vurub.

Ağır kəllə-beyin travması alan piyada Neftçala rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ötən gecə Q.Nəbiyev dünyasının dəyişib.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR