• HADİSƏ

    15:11 29 may 2019

Neftçalada azyaşlı kanalda batıb

Neftçalada azyaşlı suda boğulub.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Xəzər kəndində qeydə alınıb. Belə ki, həmin ərazidə məskunlaşan köçəri həyat tərzi keçirən ailələrdən birinin azyaşlı uşağı kanalda batıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Araşdırmalar nəticəsində su kanalında batan uşağın Lerik rayon sakini, 3 yaşlı Cəfərov Ağa Cabbar oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR