• HADİSƏ

    15:48 7 iyul 2019

Neftçalada “Mercedes” aşıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Neftçala rayonunun Tatarməhlə kəndində “Mercedes” markalı minik avtomobili aşıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 1966-cı il təvəllüdlü Hüseynova Əminə Davud qızı ölüb, 1964-cü il təvəllüdlü Hüseynov Elşən Fərman oğlu, 1976-cı il təvəllüdlü Məmmədov Samir Şəmsəddin oğlu və hələli şəxsiyyəti məlum olmayan bir nəfər yaralanıb.

Yaralılar Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsində araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR