Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında magistral yolun 90-cı kilometrliyində - Neftçala rayonu ərazisində qeydə alınıb.
“Ford” markalı mikroavtobus "KamAZ” markalı yük maşınına çırpılıb.
Nəticədə mikroavtobusda olan Yardımlı rayon sakinləri - 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib. Qəza zamanı yaralanan Yardımlı rayon sakiləri, 1991-ci il təvəllüdlü Şiraz Mürsəl oğlu Hümbətzadə və 1998-ci il təvəllüdlü Çinarə Mehdi qızı Əsgərzadə Cəlilabad rayon xəstəxanasına yerləşdirlib. Onların vəziyyəti orta-ağırdır.
Faktla bağlı Baş DYP İdarəsi tərfindən araşdırma aparılır.