• HADİSƏ

    08:25 24 iyun 2019

Neftçalada piyadanı avtomobil vurub

Neftçalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə Nefçala şəhərində qeydə alınıb.

Neftçala sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Qulu Rəşid oğlu yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan piyada Neftçala rayon xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR