• HADİSƏ

    22:45 7 sentyabr 2019

Neftçalada baş vermiş qəzada ölənlərin sayı 4 nəfərə çatıb - FOTO - YENİLƏNİB

Neftçala rayonunda avtomobil qəzası zamanı xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəzaya uğramış "Mercedes" markalı avtomobilin sürücüsü 35 yaşlı Xolqaraqaşlı kənd sakini Habil Əbülfət oğlu Həşimov həkimlərin tibbi yardımlarına baxmyaraq, xəstəxanada keçinib. Buna qədər onun vəziyyətinin ağır olduğu deyilirdi.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

***

Saat 17:59

Neftçala rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yol qəzası rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

“Mercedes” və “Lexus” markalı minik avtomobilləri toqquşub, nəticədə “Lexus” markalı avtomobildə olan Bakı şəhər sakinləri, 1961-ci il təvəllüdlü Xanlar Ayaz oğlu Xankişiyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Mərviyyə Qurban qızı Səmədova, “Mercedes” markalı avtomobildə olan Neftçala rayon sakini, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova hadisə yerində ölüblər.

“Mercedes”in sürücüsü 35 yaşlı Xolqaraqaşlı kənd sakini Habil Əbülfət oğlu Həşimov və daha 2 nəfər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. H.Həşimovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR