• HADİSƏ

    15:46 16 may 2019

Nərimanov Polis İdarəsinə başçəkmə həyata keçirilib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) Nərimanov Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti saxlama yerinə başçəkmə həyata keçirilib.

Ombudsmanın mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, başçəkmə zamanı müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb.

Eyni zamanda, kameralara baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb, mövcud ehtiyaclar öyrənilib.

Başçəkmə zamanı MSY-də saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması məqsədilə MPQ üzvləri tərəfindən saxlanılan şəxslər fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib, hər birinə Ombudsmanın səlahiyyətləri izah olunub və hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində araşdırılaraq təmin edilib.

Başçəkmənin nəticəsi ilə bağlı DİN-ə müraciət olunacaq.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR