• HADİSƏ

    04:18 11 iyun 2019

Nəsimi rayonunda mikroavtobusla minik avtomobili toqquşub - FOTO - VİDEO

Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Dilarə Əliyeva küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı kiçiktutumlu sərnişin avtobusunu idarə edən Ramiz Əliyev nəqliyyat vasitəsi ilə işıqforun yaşıl işığında keçib. Bu zaman o qırmızı işıqdan keçən Elxan İslamovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Zərbənin gücündən mikroavtobus yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR