• HADİSƏ

    16:48 1 iyun 2019

Nijni Novqorodda zavodda baş vermiş güclü partlayış nəticəsində xəsarət alanların sayı 38-ə çatıb - YENİLƏNİB

Dzerjinskdəki zavodda baş vermiş partlayış nəticəsində yaralananların sayı 38-yə çatıb.

ONA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Partlayışda 38 nəfər yaralanıb, yaralılardan dördünün vəziyyəti ağırdır. 25 nəfər orta, 9 nəfər isə yüngül dərəcəli xəsarətlər alıblar”, - deyə nazirliyin məlumatında bildirilir.

Regional hökumət Dzerjinski və ətraf üç kənddə fövqəladə vəziyyət elan edib.

*** 14:19

Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərindəki "Kristall" zavodunda güclü partlayış olub.

ONA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, partlayış zavodun trotil istehsal olunan bölümündə baş verib. Partlayışın ilkin səbəbi kimi iş prosesində texniki qaydaların pozulması göstərilir.

Hadisə nəticəsində 19 nəfər nəfər ağır yaralanıb, 2 nəfər isə itkin düşüb.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR