Bakının Xətai rayonunda, Nobel prospektində piyadanı avtomobil vurub.
APA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Məlumata görə, hadisə yerüstü piyada keçidinin altında baş verib.
Əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Qeyd edək ki, qəzadan sonra prospektdə tıxac müşahidə edilir.