• HADİSƏ

    23:15 3 iyul 2019

Novxanı qəsəbəsində piyadanı avtomobil vurub

Abşeron rayonu, Novxanı qəsəbəsində piyadanı avtomobil vurub.

ONA xəbər verir ki, avtoqəza zamanı xəsarət alan təxminən 30-35 yaşlarında kişi xəstəxanaya yerləşdirilib. Onun avtomobillə vuran sürücünün ərazidən yayındığı deyilir.

Hazırda polis araşdırmalar aparır. Sürücünün saxlanılması istiqamətində tədbirlər görülür.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR