• HADİSƏ

    13:04 8 mart 2019

Novxanıda avtomobil piyadanı vurub

Ötən gecə Abşeron rayonunun Novxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, martın 8-də saat 1 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini S.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən M.Mütəllimzadəni vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR