• HADİSƏ

    10:36 19 may 2019

Novxanıda "Land Rover", talvar yanıb, 5 nəfər təxliyə edilib

Abşeron rayonunun Novxanı kəndində "Land Rover" markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən ikimərtəbəli evin 2-ci mərtəbəsindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR